"Çərpələng Uçuran" romanından düşündürücü sitatlar | Mənalı kitab sözləri

  Çərpələng uçuran (ing. The Kite Runner) —Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı.

Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran”  dövrümüzdə yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir.

Əfqanıstanda çoxlu uşaq var, amma uşaqlıq yoxdur.
Çərpələng Uçuran, Xalid Hüseyni

 


 

  • Qaydalar çox sadə idi..Heç bir qayda yoxdur..
  • Uşaqlar kövrək olurlar Əmir can. Kabildə sınmış uşaqlar çox olur.
  • Bura balaca bir sığınacaqdır, demək olar ki, nə yemək var, nəpaltar, nə də təmiz su. Burda bol olan ancaq uşaqlığını itirmiş uşaqlardır.
  • Uşaqlar rəngləmə albomları deyil.Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
  • Həsən üçün bu çox ağır itki idi — nəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir.
  • Vicdansız, pis adamlar əzab çəkmirlər.
  • İtkini, əziyyəti həyatın çıxılmazlığı, bəzən hətta bir ehtiyac kimi görüb ona tabe oluruq.
  • “Az qala qalib gəlmək” olmur. Adam ya qalib olur, ya yox.
  • — Soruş, onun abrı-həyası haradadır?Onlar nəsə danışdılar.
    — Deyir ki, müharibədir. Müharibədə abır-həya olmur.
    — Ona de ki, o, haqlı deyil. Müharibə adamın ləyaqətini yox eləmir. Əksinə, müharibə vaxtı ləyaqətə dinc vaxtdan daha çox ehtiyac var.
  • Əfqanların kişilərin xeyrinə olan ikili standartlarından xəbərdar idim. “Sən o oğlanın qızla söhbət etdiyini gördün?” deməyəcəkdilər. Əksinə, deyəcəkdilər, “Vay-vay! Gördünmü, qız oğlanı qoymurdu getsin. Həyasıza bax”.
  • Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər.

"Çərpələng Uçuran" romanından düşündürücü sitatlar | Mənalı kitab sözləri

"Çərpələng Uçuran" romanından düşündürücü siatlar | Mənalı kitab sözləri


 

Atam deyirdi ki, hətta pis adamlara da ziyan vurmaq olmaz. Çünki onlar daha yaxşı olmağı bacarmırlar. Bir də ki, bəzən pis adamlar da yaxşı adama çevrilə bilər.

Çərpələng Uçuran, Xalid Hüseyni

 

  • Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür.
  • Bizim köhnə həyatımız gedib, Söhrab, köhnə həyatımızdakı adamlar da ya ölüb, ya da ölmək üzrədir. İndi, sadəcə, sən və mən varıq. Sən və mən.
  • Adamlar bu gün ayaqqabısını təmizlətdirdikləri birisinə ertəsi gün bacı deyə bilmirlər.
  • Bütün atalar qəlbinin dərinliyində öz oğullarını öldürmək arzusunu yaşatmırdılarmı məgər?
  • Və həyatımda ilk dəfə idi ki, yazın tez gəlməsini arzulayırdım.
  • Mənim yəlda gecələrimin səhər günəşi....
  • «Sonda dünya qalib gəlir, çünki dünyanın işləri belə qurulub.”
  • Şeytan da güzgü ilə işıq salır ki, müsəlmanları ibadətdən yayındırsın.
  • – Öz ölkəmdə özümü turist kimi hiss edirəm.
    – Buranı hələ də öz ölkən sayırsan?
    – Məncə, qəlbimin bir parçası üçün həmişə belə olacaq.
  • Amma şair necə demişdi?Dərd gələnə qədər sevgimiz necə də gözəldi.
  • – Əgər orda Allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyim­dən daha çox layiq olan məsələlər var..
  • Bu, sadəcə, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm.
  • Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi.
  • -Nə olub?
    -Nədir ki?
    -Gülümsəyirsən.-Səni düşünürdüm.....
  • Amma zaman çox acgöz ola bilir – bəzən bütün xırdalıqları yeyə bilirmiş....
  • Gözlər insan ruhuna açılan pəncərədir.
  • Hər şeydən çox onlar idi kabusum .O gözləri unutmaq istəyirəm...
  • Gözlərimi yerə dikdim. Bu günə qədər də mən Həsən kimi ağlındakı ilə dilindəki bir olan insanların gözünün içinə baxmaqda çətinlik çəkirəm.
  • O, „İnşallah“ dedi.Mən də ardınca təkrar etdim. Amma mənim dilimdən çıxan „inşallah“ — »Allah qoysa" ifadəsi Həsənin dediyi qədər ürəkdən gəlmirdi. Həsən belə idi. Lənətə gəlmiş o qədər təmiz idi ki, adam onun yanında özünü təmiz qızılın yanına qoyulmuş qəlp pul kimi hiss edirdi.
  • Haradansa çoxdan oxuduğum bir cümləni xatırladım: Uşaqlar qorxuyla belə mübarizə aparır — onlar yuxuya gedirlər.
  • O, kitabı çevirdi və mən üz qabığını gördüm.«Uğultulu təpələr» idi.- Bunu oxumusunuz — soruşdu.Başımla «hə» cavabı verdim. Gözlərimin arxasında ürək döyüntüsünü hiss edə bilirdim.- Kədərli əhvalatdır.- Kədərli əhvalatlardan yaxşı kitablar çıxır, — dedi.
  • Amerika fərqli idi. Amerika keçmişini çoxdan yuyub aparmış çay kimi idi. Mən bu çayın içinə dala, günahlarımı onun dibinə çökdürə və axınla uzaqlara üzə bilərdim. Uzaqlara — kabusların, xatirələrin və günahların olmadığı yerə.
  • Həsən birinci sinifin Oxu kitabını oxuya bilməzdi, amma məni əməlli-başlı oxuyurdu. Adamın yanında onun nə istədiyini bilən birisinin olması bir tərəfdən qorxulu idi, o biri tərəfdən də çox rahat.
  • Daha yaxşı eşidilmək üçün əllərini ağzına tutub «Səndən ötrü min yol» dedi. Sonra o, yalnız özünə məxsus təbəssümlə gülümsəyib, döngəyə buruldu. Mən onun bax beləcə, qorxusuz təbəssümünü bir də yalnız iyirmi altı il sonra, solmuş Polaroid şəklində gördüm.
  • Ona xəyanət etdiyimi bilirdi və hələ də, bəlkə, son dəfə məni xilas etməyə çalışırdı. Bu anda mən onu sevirdim, həyatımda sevdiyim hər kəsdən daha çox onu sevirdim və bu anda onların hamısına demək istəyirdim ki, mən, əfi ilan, göldəki əjdaha mən idim. Mən bu fədakarlığa layiq deyildim: mən yalançı, satqın, oğru idim.
  • Və bunu indi birdəfəlik anla, sən bu saqqallı axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən.Onlar təsbeh oynatmaqdan və anlamadıqları dildə yazılmış kitabdan sitat gətirməkdən başqa bir şey bilmirlər.

 

Dünyada sadəcə, bir günah var, bircə dənə.
Bu da oğurluqdur..
Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.Sən adam öldürəndə, onun həyatını oğurlayırsan, yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan..Özünə məxsus olmayanı götürən adam, fərqi yoxdur bu başqasının həyatı olsun, ya bir tikə çörək..
Çərpələng Uçuran, Xalid Hüseyni

 

 

0 şərh